Leqal xəbər məlumat verir ki, Lahıc-Burovdal avtomobil yolunda hərəkət yenidən bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yolun hərəkət hissəsi qaya parçalarından tam təmizlənib və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.
Qeyd olunur ki, əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunub. Aparılan təmizləmə və təhlükəsizlik tədbirlərindən sonra yolda nəqliyyatın normal hərəkəti təmin edilib.