İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Kurtlar Vadisi"serialının ssenaristlər ifadəyə çağırıldı

Ergenekon istintaqı çərçivəsində 2011-ci ildə sabiq Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun Silivri Həbsxanasında vəfat etməsi ilə bağlı yenidən araşdırma başlanıb. Leqalxeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, bu istintaq tədbirləri

6 baxış 3 dəq

Ergenekon istintaqı çərçivəsində 2011-ci ildə sabiq Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun Silivri Həbsxanasında vəfat etməsi ilə bağlı yenidən araşdırma başlanıb.

Leqalxeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, bu istintaq tədbirləri çərçivəsində jurnalist Selahattin Günday və bir təcili tibbi yardım texniki (ATT) barəsində həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, Kozinoğlunun məzarının açılmasına və sümük, torpaq, eləcə də digər nümunələrin götürülməsinə qərar verilib. Həmçinin həbsxananın kamera qeydləri, 112 çağırış mərkəzinin səs yazıları və xəstəxana sənədlərinin birgə təhlil edilməsi qərara alınıb.

İstintaq işi üzrə ən son yenilik isə "Kurtlar Vadisi" serialının ssenaristlərinin "məlumat sahibi qismində" ifadə vermək üçün çağırılması olub.

Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri "Kurtlar Vadisi Pusu" serialının 2011-ci il noyabrın 10-da ekranlara çıxan 136-cı seriyası olub. Qeyd olunan seriyada "Kazım Kaşifoğlu" adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub. Kaşif Kozinoğlu isə məhz bu seriyanın yayımlanmasından iki gün sonra, 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib.

Xəbəri paylaş Dostlarınıza göndərin