İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Kosmosda temperatur 200 min dərəcəyə yüksəldi: Nə baş verir?

Yer kürəsi hazırda kosmik fəzanın qeyri-sabit bölgəsindən keçir. Bu proses zamanı Yerə yaxın kosmik fəzada plazmanın temperaturu kəskin yüksəlib. Leqal Xəbər "İnterfaks"a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası

13 baxış 3 dəq

Yer kürəsi hazırda kosmik fəzanın qeyri-sabit bölgəsindən keçir. Bu proses zamanı Yerə yaxın kosmik fəzada plazmanın temperaturu kəskin yüksəlib.

Leqal Xəbər "İnterfaks"a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın açıqlamasına görə, Yerə yaxın kosmik fəzada plazmanın temperaturu təxminən 30 min dərəcədən 200 min dərəcəyədək yüksəlib. Eyni zamanda, Günəş küləyinin parametrlərində də artım qeydə alınıb.

Alimlər bu dəyişiklikləri Günəşdəki tac dəliyindən gələn plazma axını ilə əlaqələndirirlər. Onların sözlərinə görə, Günəş küləyinin sürətində artımın zəif olması diqqətçəkəndir. Çünki bu, tac dəliklərinin əsas xüsusiyyətlərindən biridir. Bununla belə, sürətin sonradan artacağı istisna edilmir.

Laboratoriyanın alimləri tac dəliyinin kifayət qədər böyük olduğunu və görüntülərdə aydın seçildiyini bildiriblər. Buna görə də onun kosmik hava şəraitinə təsirinin daha 2-3 gün davam edəcəyi ehtimal olunur.

Bununla yanaşı, Günəşdə alışma aktivliyi sıfır səviyyəsində qalır. Alimlərin məlumatına görə, son üç gün ərzində heç bir alışma qeydə alınmayıb və vəziyyəti dəyişə biləcək hər hansı amil müşahidə olunmur.

Xəbəri paylaş Dostlarınıza göndərin