Leqal xəbər məlumat verir ki, Bakıda “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığı bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə körpünün mühafizə hissəsində problem olduğu və bunun sürücülər üçün risk yaratdığı iddia edilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik rəsmi olaraq açıqlanmayıb. Əraziyə aidiyyəti qurumların baxış keçirdiyi və vəziyyətin araşdırıldığı qeyd olunur.