Leqal xəbər məlumat verirki, Azərbaycanda fəaliyyət göstərən “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mübahisəli iddialar ortaya çıxıb. Mingəçevir sakini Elçin Həsənzadə aldığı məhsulun təqdim edildiyi kimi olmadığını bildirərək aidiyyəti qurumlara şikayət edib. Məlumata görə, vətəndaş məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət ünvanlayıb. Şikayətçi bildirir ki, 2025-ci il martın 9-da “Kontakt Home”dan “Hoffmann” markalı mobil telefon və televizor alıb. Məhsullar kreditlə təqdim olunub və o, artıq 11 aydır ödəniş etdiyini qeyd edir.
Onun sözlərinə görə, alış zamanı məhsul “Alman brendi” kimi təqdim edilib. Lakin sonradan televizorun menyusuna daxil olarkən məhsulun Çin istehsalı olduğu məlum olub. Vətəndaş bunu aldatma kimi qiymətləndirir.
Məsələ ilə bağlı rəsmi qurumların araşdırma aparacağı gözlənilir.
Kontakt Home”la bağlı iddialar
Leqal xəbər məlumat verirki, Azərbaycanda fəaliyyət göstərən “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mübahisəli iddialar ortaya çıxıb. Mingəçevir sakini Elçin Həsənzadə aldığı məhsulun təqdim edildiyi kimi olmadığını bildirərək aidiyyəti qurumlara şikayət edib. Məlumata görə, vətəndaş məsələ
25 baxış
3 dəq
