Leqal xəbər məlumat verir ki, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılacaq. Məlumata görə, iclas Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək.
Bildirilib ki, müraciət Azərbaycan Respublikası Konstitusiyasının müxtəlif maddələri baxımından bəzi hüquqi normaların şərh olunması ilə bağlıdır. İş çərçivəsində Cinayət-Prosessual Məcəlləsinin müəyyən maddələrinin tətbiqi və hüquqi mahiyyəti araşdırılacaq.
İclas zamanı Bakı Apellyasiya Məhkəməsinin müraciəti, Milli Məclis Aparatının mövqeyi, həmçinin Ali Məhkəmə, Prokurorluq, Daxili İşlər Nazirliyi və digər qurumların təqdim etdiyi mülahizələr müzakirə ediləcək. Ekspert rəylərinin də dinləniləcəyi bildirilib.