İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

KONOR MAKQREQOR UFC-YƏ QAYIDIR: GÖZLƏNİLƏN DÖYÜŞƏ SAATLAR QALDI

LEQAL XƏBƏR məlumat verir ki, irlandiyalı MMA ulduzu Konor Makqreqor uzun fasilədən sonra UFC oktaqonuna qayıtmağa hazırlaşır. Məlumata görə, Makqreqor son beş il ərzində bir neçə dəfə UFC-yə qayıdacağını açıqlasa da, bu planlar müxtəlif səbəblərdən baş tutmayıb. Azarkeşlər onun Maykl Çandlerlə

15 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, irlandiyalı MMA ulduzu Konor Makqreqor uzun fasilədən sonra UFC oktaqonuna qayıtmağa hazırlaşır.

Məlumata görə, Makqreqor son beş il ərzində bir neçə dəfə UFC-yə qayıdacağını açıqlasa da, bu planlar müxtəlif səbəblərdən baş tutmayıb. Azarkeşlər onun Maykl Çandlerlə döyüşəcəyini gözləsələr də, bu qarşılaşma reallaşmayıb.

37 yaşlı döyüşçünün hazırda həm fiziki hazırlığı, həm də forması ilə yenidən yüksək səviyyədə mübarizə aparmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Makqreqor 2013-cü ildə Maks Holloueyi hakimlərin qərarı ilə məğlub etmişdi. İrlandiyalı döyüşçü bu dəfə də rəqibi üzərində qələbə qazanmağı hədəfləyir.

Mediada yayılan məlumatlara əsasən, Makqreqor yalnız döyüşə çıxacağı üçün 10 milyon dollardan artıq qonorar əldə edəcək. Bu məbləğə müxtəlif bonus ödənişləri də əlavə olunacaq.

Bildirilir ki, Maks Holloueylə keçiriləcək qarşılaşma Makqreqorun hazırkı UFC müqaviləsi üzrə son döyüşü olacaq. Bundan sonra o, sərbəst agent statusu qazanacaq və təşkilatla yeni müqavilə imzalamağı planlaşdırmır.

İddialara görə, gələcəkdə Konor Makqreqor bloqer Ceyk Polun promouşenində və ya ABŞ-də fəaliyyət göstərən digər döyüş təşkilatlarında çıxış edə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin