LEQAL XƏBƏR məlumat verir ki, avqustun 10-da Kolumbiyada baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 281-ə çatıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşüb.
Ən çox ölüm Kali şəhərində qeydə alınıb. Burada 96 nəfərin həyatını itirdiyi bildirilir. Zəlzələ ölkənin bir sıra şəhərlərində ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanların episentri Kolumbiyanın qərbində, Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında yerləşib. Zəlzələ paytaxt Boqota ilə yanaşı, Kali, Pereira, Manizales və digər şəhərlərdə də hiss olunub.
Hazırda zərərçəkən ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanların qala biləcəyi ehtimalı səbəbindən ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.