Bakının Səbail rayonunda ilkin mərhələdə 15-20 binanın sökülməsi nəzərdə tutulur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söküntü planına Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz və Xanlar küçələrində, 20-ci sahədə, eləcə də Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binalar daxildir. Bildirilib ki, söhbət əsasən istismar müddəti başa çatmış tikililərdən gedir. Binaların bir qismində inventarizasiya və qiymətləndirmə işləri aparılıb. Qiymətləndirilmiş bəzi mənzillər üzrə kompensasiyanın hər kvadratmetr üçün 1500-2200 manat aralığında müəyyənləşdirildiyi hallar var. Lakin məbləğ mənzilin yerləşdiyi ərazi və bazar dəyərinə görə dəyişə, bəzi hallarda daha yüksək ola bilər. Söküntünün həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. Investor layihələrində ərazidə yeni yaşayış binalarının tikilməsi, dövlət hesabına köçürüləcək bəzi ərazilərdə isə park və yaşıllıq sahələrinin yaradılması planlaşdırılır.![]()
Köhnə tikililər sökülür – Küçələrin adları açıqlandı
Bakının Səbail rayonunda ilkin mərhələdə 15-20 binanın sökülməsi nəzərdə tutulur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söküntü planına Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz və Xanlar küçələrində, 20-ci sahədə, eləcə də Badamdar qəsəbəsində yerləşən
15 baxış
3 dəq