LEQAL XƏBƏR məlumat verir ki, Kiyev vilayətində Rusiyanın kütləvi hücumundan sonra yanğınlar baş verib, anbar infrastrukturu zədələnib.
Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Borispol rayonuna endirilən zərbələr nəticəsində bir sıra anbar binalarında yanğın başlayıb.
Hazırda hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışır və yanğının söndürülməsi davam etdirilir.
Bundan əlavə, Fastov rayonunda anbar binalarına, Brovarı və Vışqorod rayonlarında isə fərdi yaşayış evlərinə ziyan dəyib.
İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan olmayıb.
Yerli Ukrayna KİV-lərinin yaydığı xəbərlərə əsasən, hücum nəticəsində “Rozetka” bazarının və “Fozzy Group” ticarət-sənaye qrupunun infrastrukturu da zədələnib.
Hadisənin nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam etdirilir.![]()