İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Kimlər aylıq sosial müavinət ala bilər?

Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial təminat məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Bu ödənişlərin təyin edilməsi və verilməsi qanunvericilikdə müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir. Leqalxeber.az Baku.ws-ə istinadən xəbər verir ki, sosial müavinət almaq

11 baxış 3 dəq

Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial təminat məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Bu ödənişlərin təyin edilməsi və verilməsi qanunvericilikdə müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir.

Leqalxeber.az Baku.ws-ə istinadən xəbər verir ki, sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadığı halda, ölkədə daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir. Dövlət qulluqçularına ömürlük müavinət isə ayrıca qaydalarla tənzimlənir.

Qanunvericiliyə əsasən, əmək qabiliyyəti olmayan şəxslər kateqoriyasına əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış vətəndaşlar, həmçinin vəfat etmiş şəxslərin qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid övladları daxildir.

Aylıq sosial müavinət kimlərə təyin olunur?

Mövcud qaydalara əsasən, aşağıdakı kateqoriyalara aid şəxslərin aylıq sosial müavinət almaq hüququ var:

  • müəyyən edilmiş şərtlərə cavab verən dövlət qulluqçuları;

  • yaşa görə müavinət almaq hüququ olan şəxslər;

  • əlilliyi olan şəxslər;

  • ailə başçısını itirmiş şəxslər;

  • üç yaşınadək uşağa qulluq edən şəxslər;

  • müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları;

  • valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri;

  • bir yaşınadək uşağı olan aztəminatlı ailələr;

  • vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin həyat yoldaşı və ya onun öhdəsində olan uşağı;

  • beşdən çox uşağı olan qadınlar;

  • övladlığa götürülmüş uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar;

  • himayədar ailəyə verilmiş uşaqların, o cümlədən əlilliyi olan uşaqların tərbiyəsi ilə məşğul olan şəxslər.

Müavinət almaq üçün hara müraciət edilməlidir?

Müavinət almaq hüququ yarandıqda vətəndaş Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələrinə, DOST mərkəzlərinə və ya müəyyən kateqoriyalar üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Müraciətlərə, bir qayda olaraq, qeydiyyata alındığı tarixdən etibarən ən geci 10 gün ərzində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edildikdə isə müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilməlidir. Vətəndaşın həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.

Qanunvericilikdə nəzərdə tutulan hallarda, müavinət almaq hüququ yarandığı təqdirdə ödəniş müraciət tarixindən əvvəlki ən çox üç illik dövr üçün də həyata keçirilə bilər.

Dövlət qulluqçularına ömürlük müavinət hansı halda verilir?

Dövlət qulluqçuları üçün ayrıca sosial təminat növü kimi ömürlük müavinət də nəzərdə tutulur.

Bu ödəniş inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının müəyyən edilmiş şərtlər daxilində pensiya yaşına çatması və ya əlilliyi ilə əlaqədar könüllü şəkildə dövlət qulluğundan ayrılması zamanı təyin edilə bilər.

Ömürlük müavinət almaq üçün dövlət qulluqçusunun azı 15 il dövlət qulluğu stajı olmalı və əmək pensiyası almaq hüququ olmamalıdır.

Müavinət ömürlük təyin edilir. Şəxs yenidən dövlət qulluğuna qəbul edilərsə, ödənişin verilməsi dayandırılır.

Müavinətin məbləği necə hesablanır?

Ömürlük aylıq müavinətin məbləği dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq dövlət məvacibi əsasında müəyyən edilir.

12 aydan az dövlət qulluğu stajı olan şəxslər üzrə hesablamada faktiki qulluq edilmiş tam təqvim ayları nəzərə alınır.

Aylıq ömürlük müavinətin məbləği hesablanmış dövlət məvacibinin 15 faizini təşkil edir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, qanunvericiliklə nəzərdə tutulan mükafat və əlavələr də daxil edilir.

Xəbəri paylaş Dostlarınıza göndərin