LEQAL XƏBƏR məlumat verir ki, Cənubi Koreyada birinci instansiya məhkəməsi iki kişini öldürməkdə və daha dörd nəfərin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən 20 yaşlı Kim So Yonu ömürlük azadlıqdan məhrum edib.
Məhkəmə materiallarına əsasən, Kim So Yon sakitləşdirici və yuxugətirici preparatların yüksək dozalarını içkilərə qataraq onları kişilərə energetik içki, spirtli içki və ya asma əleyhinə vasitə kimi təqdim edib.
Cinayətlərin 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək törədildiyi bildirilir. Ümumilikdə 20–30 yaş arasında olan 6 kişi onun əməllərindən zərər çəkib. Onlardan ikisi zəhərlənmə nəticəsində ölüb, digərlərinin isə sağlamlığına ağır zərər dəyib.
İstintaq zamanı Kim So Yonun reseptlə bu preparatları əldə etdiyi müəyyənləşdirilib. Polis onun psixopatik pozuntuya sahib ola biləcəyini də ehtimal edib.
Prokurorluq onun üçün ölüm hökmü tələb etsə də, məhkəmə ömürlük həbs cəzası verib. Bundan əlavə, onun 30 il müddətində elektron ayaq qolbağı daşıması barədə qərar qəbul edilib.
Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin kişiləri yatızdıraraq mümkün qısnamadan yayınmaq istəməsi barədə arqumentlərini qəbul etməyib.
Hadisə Cənubi Koreyada geniş ictimai rezonans doğurub. Kim So Yon saxlanıldıqdan sonra onun polis tərəfindən yayılan görüntüləri sosial şəbəkələrdəki əvvəlki görünüşündən fərqləndiyi üçün geniş müzakirə olunub.