Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə 15-29 yaşlı hər 100 min kişiyə 77,1, qadına isə 34,6 ölüm halı düşüb.
Travma, zəhərlənmə və digər xarici səbəblərdən ölüm göstəricisi kişilərdə 41,2, qadınlarda 10,4 olub.
Qan dövranı sistemi xəstəliklərindən ölüm kişilərdə 9,1, qadınlarda 5,3 təşkil edib.
Yenitörəmələrdən ölüm göstəriciləri isə demək olar ki, eynidir: kişilərdə 3,8, qadınlarda 3,7.
Ən böyük fərq travma, zəhərlənmə və digər xarici səbəblərlə bağlı ölümlərdə qeydə alınıb.