İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“Şəki yaylası”nda kanatdan yıxılıb ölənlərə görə iki nəfər həbs olundu

Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində bu il sentyabrın 8-də iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı iki nəfər həbs olunub. Leqal Xəbər bildirir ki, bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən

9 baxış 3 dəq

Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində bu il sentyabrın 8-də iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı iki nəfər həbs olunub.

Leqal Xəbər bildirir ki, bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaq zamanı hadisənin bütün hallarının araşdırılması məqsədilə çoxsaylı şahidlərin ifadələri alınıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilərək müvafiq rəylər əldə olunub, aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular verilib, habelə digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Aparılmış istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə vicdansız və laqeyd münasibət göstərərək üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tədbirlərilə əldə olunan sübutlar əsasında, həmçinin, müəyyən olunub ki, "Zipline" kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq)maddələrinə tövsif edilib.

Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittihamlar elan edilib. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Coşqun Məmmədzadə və Ucal Bayramov
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xəbəri paylaş Dostlarınıza göndərin