İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İYULUN 2-Sİ AZƏRBAYCAN POLİSİ GÜNÜDÜR

LEQAL XƏBƏR verir ki, bu gün Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ötən 108 il ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və

22 baxış 3 dəq

LEQAL XƏBƏR verir ki, bu gün Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ötən 108 il ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərib.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarında geniş islahatlar həyata keçirilib, peşəkar kadr hazırlığı gücləndirilib və müasir hüquq-mühafizə sistemi formalaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə isə polis və Daxili Qoşunların maddi-texniki bazası gücləndirilib, müasir silah və avadanlıqlarla təminatı genişləndirilib.

Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri zamanı polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Vətənin müdafiəsində qəhrəmanlıq göstəriblər. Yüzlərlə əməkdaş şəhid olub, minlərlə polis müxtəlif orden və medallarla təltif edilib.

Hazırda Azərbaycan polisi ictimai təhlükəsizliyin qorunması, cinayətkarlıqla, kibercinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli cinayətkarlıqla mübarizəni uğurla davam etdirir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və Böyük Qayıdış proqramının icrası istiqamətində də Daxili İşlər Nazirliyinin əməkdaşları fasiləsiz xidmət aparırlar.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən hər il 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu tarix daxili işlər orqanlarının cəmiyyət və dövlət qarşısındakı xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.

Xəbəri paylaş Dostlarınıza göndərin