İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İTKİN DÜŞMÜŞDÜLƏR - 34 İLDƏN SONRA CƏSƏDLƏRİ TAPILDI

LEQAL XƏBƏR məlumat verir ki, 1992-ci ildə İsveçrə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin cəsədi 34 il sonra İtaliya sərhədi yaxınlığında, əriyən Trift buzlağında aşkarlanıb. Məlumata görə, qalıqlar iyulun 26-da bir turist tərəfindən tapılıb. Daha sonra onlar şəxsiyyətin

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 1992-ci ildə İsveçrə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin cəsədi 34 il sonra İtaliya sərhədi yaxınlığında, əriyən Trift buzlağında aşkarlanıb.

Məlumata görə, qalıqlar iyulun 26-da bir turist tərəfindən tapılıb. Daha sonra onlar şəxsiyyətin müəyyənləşdirilməsi üçün Syeon şəhərində yerləşən Vale kanton xəstəxanasının Məhkəmə Tibb İnstitutuna göndərilib.

Polisin açıqlamasına əsasən, aparılan DNT analizləri qalıqların 1992-ci ildə Vayssmis bölgəsində itkin düşən iki alpinistə məxsus olduğunu rəsmi şəkildə təsdiqləyib.

Məlumata görə, 1992-ci il sentyabrın 4-də iki alpinist 4017 metr yüksəklikdə yerləşən Vayssmis zirvəsinə qalxmaq məqsədilə Vayssmis sığınacağından yola çıxıb.

Onlar Almagel sığınacağına qədər çata bilsələr də, hava şəraitinin kəskin pisləşməsi səbəbindən zirvəyə qalxa bilməyiblər.

Sonrakı aylarda bölgədə bir neçə axtarış-xilasetmə əməliyyatı keçirilib. Axtarışlar zamanı alpinistlərdən birinə məxsus çanta tapılsa da, onların özlərini aşkar etmək mümkün olmayıb.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində buzlaqların sürətlə əriməsi uzun illər əvvəl itkin düşən alpinistlərin qalıqlarının üzə çıxmasına səbəb olur.

Qeyd edək ki, ötən il də 1994-cü ildə itkin düşən isveçrəli alpinistin qalıqları Vale kantonunda, Ober-Qabelhorn dağının buzlağında aşkarlanmışdı.

Xəbəri paylaş Dostlarınıza göndərin