LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ANSA nəşri məlumat yayıb.
Məlumata görə, yaxın vaxtlarda bərpa və genişləndirmə işləri aparılan binanın təxminən dörddəbir hissəsi dağılıb.
Hadisənin səhər saat 06:00 radələrində baş verməsi daha ağır nəticələrin qarşısını alıb. Həmin vaxt binada yalnız üç təmizlik işçisi olub. Onlardan biri yüngül xəsarət alıb.
Hazırda xilasetmə xidmətləri hadisə yerində araşdırmalar aparır.
"Məhkəmə binasının bütün mərkəzi hissəsi tamamilə istifadəyə yararsızdır. Səbəblər barədə danışmaq hələ tezdir. Biz fəaliyyəti mümkün qədər tez bərpa etməyə və personalın necə bölüşdürüləcəyinə qərar verməyə çalışacağıq", – deyə prokuror Aksel Bisinyano bildirib.![]()