Legal xəbər məlumat verir ki, İran Prezidenti Məsud Pezeşkian barəsində yayılan istefa xəbərlərinə münasibət bildirərək bu iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Sosial şəbəkələrdə və bəzi media resurslarında Pezeşkianın ali rəhbərliyə istefa ərizəsi təqdim etdiyi barədə məlumatlar yayılmışdı. Lakin İran prezidenti həmin xəbərləri təkzib edərək fəaliyyətini davam etdirəcəyini bildirib.
Pezeşkian qeyd edib ki, onun istefası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və müxtəlif məqsədlərlə ortaya atılmış şayiələrdir. O, vəzifəsinin icrasını davam etdirdiyini və ölkənin qarşısında duran məsələlərin həlli istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb.