Türkiyədə İstanbuldan Kuşadasına gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 31 nəfər xəsarət alıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 22-si səhər saatlarında Kütahya-Afyonkarahisar avtomobil yolunda baş verib.
İlkin məlumata əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yol kənarındakı maneəyə çırpılıb və daha sonra aşıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
Xəsarət alanlar arasında əcnəbi vətəndaşların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.![]()