“Turkish Airlines” aviaşirkətinin yükdaşıma bölməsi olan “Turkish Cargo” bazar günü İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.
Leqal Xəbər verir ki, bu barədə “Aeroportist” portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Turkish Airlines”ın yükdaşıma xidmətinin həyata keçirdiyi xüsusi reys iki ölkə arasında etibarlı yükdaşımalarını təmin etmək məqsədi daşıyır.
Əlavə edək ki, 2026-cı ilin mart ayından “Turkish Airlines” İstanbul-İrəvan marşrutu üzrə müntəzəm sərnişin reysləri həyata keçirməyə başlayıb.