İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İsraildə hərbi obyektlərin fotolarını İran tərəfinə ötürən şəxs saxlanıldı

İsrail təhlükəsizlik qüvvələri İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən ölkə vətəndaşını saxlayıb. Leqal Xəbər TASS-a istinadən bildirir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda bildirilir ki, İranın casusluq fəaliyyətinə qarşı mübarizə çərçivəsində İsrail

6 baxış 3 dəq

İsrail təhlükəsizlik qüvvələri İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən ölkə vətəndaşını saxlayıb.

Leqal Xəbər TASS-a istinadən bildirir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, İranın casusluq fəaliyyətinə qarşı mübarizə çərçivəsində İsrail vətəndaşı Vissam Qalib Saleh Avad xarici agentlə əlaqə saxlamaqda və dövlət təhlükəsizliyinə zərər vuran tapşırıqları yerinə yetirməkdə şübhəli bilinərək həbs edilib.

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisinin birgə əməliyyatı zamanı ölkənin şimalında yaşayan şəxs İran kəşfiyyat qurumları üçün fotoşəkillər çəkərkən saxlanılıb.

Polisin məlumatına görə, ötən ay başlayan istintaq zamanı şübhəlinin öz təşəbbüsü ilə "Telegram" vasitəsilə İran nümayəndələri ilə əlaqə saxladığı müəyyən edilib. O, ideoloji səbəblərdən və heç bir maddi qarşılıq gözləmədən onlara xidmətlərini təklif edib.

Bildirilib ki, şübhəli fəaliyyəti çərçivəsində strateji obyektlərin, hərbi bazaların və polis bölmələrinin fotoşəkillərini çəkib. Həmçinin sənədləri və istiqamətləri göstərən məlumatları sonradan istifadə edilməsi üçün əlaqə saxladığı şəxslərə ötürüb.

Qurumun açıqlamasında qeyd olunub ki, şübhəlinin həbs müddəti bir neçə dəfə uzadılıb. İstintaq başa çatdıqdan və kifayət qədər sübut toplandıqdan sonra, noyabrın 15-də prokurorluq ona rəsmi ittiham irəli sürəcək. Həmçinin məhkəmə prosesi başa çatanadək onun həbsdə saxlanılması müddətinin uzadılması tələb ediləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin