İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İspaniya çempionatında futbolçunun ürəyi dayandı

Futbol üzrə İspaniya Sequndasının 12-ci turunda "Tenerife" və "Andorra" komandaları arasında keçirilən matç zamanı ev sahiblərinin hücumçusu Xesus de Migel rəqib qapıçının sərt müdaxiləsindən sonra huşunu itirib. Onun ürəyinin də dayandığı bildirilir. Leqal Xəbər

14 baxış 3 dəq

Futbol üzrə İspaniya Sequndasının 12-ci turunda "Tenerife" və "Andorra" komandaları arasında keçirilən matç zamanı ev sahiblərinin hücumçusu Xesus de Migel rəqib qapıçının sərt müdaxiləsindən sonra huşunu itirib. Onun ürəyinin də dayandığı bildirilir.

Leqal Xəbər Sportandbets.com-a istinadən məlumat verir ki, insident matçın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə baş verib.

"Andorra"nın qapıçısı Xesus Ovono hücumçunun qarşısını almağa çalışarkən kobud oyuna yol verib. Hakim dərhal qapıçıya birbaşa qırmızı vərəqə göstərib.

Meydana daxil olan həkim briqadası bir neçə dəqiqə ərzində futbolçuya tibbi yardım göstərib. Bu zaman tribunadakı azarkeşlər meydandan qovulan qapıçıya qarşı "qatil" şüarları səsləndiriblər.

Daha sonra de Migel xərəkdə meydandan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hazırda futbolçunun vəziyyətinin stabilləşdirildiyi bildirilir. O, həkimlərin nəzarəti altındadır və sərbəst nəfəs alır.

Xəbəri paylaş Dostlarınıza göndərin