İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"İsmayıllı şoru", "İsmayıllı dovğası" və "İvanovka qatığı" adlı yararsız məhsullar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. Leqal Xəbər AQTA-nın məlumatına

10 baxış 3 dəq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib.

Leqal Xəbər AQTA-nın məlumatına əsasən bildirir ki, istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb.

Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində "Qaymaqlı şor" yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq "İsmayıllı şoru", "İsmayıllı dovğası" və "İvanovka qatığı" qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, FermerV.D. İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin