İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən üçüncü şəxsin də kimliyi müəyyənləşib.
LEQAL XƏBƏR verir ki, faciə nəticəsində həyatını itirən şəxs "Opel" markalı avtomobilin sərnişini, 46 yaşlı Samirə Hüseynova olub.
Qeyd edək ki, qəza "Opel" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində baş verib.
Hadisə zamanı motosikletin sürücüsü, 23 yaşlı Nihad Allahverənov və "Opel" markalı minik avtomobilinin sürücüsü, 38 yaşlı İsa Rzayev də həyatlarını itiriblər.![]()