İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İraqda “Telegram”ın fəaliyyəti bloklanıb

İraqda “Telegram”ın fəaliyyəti ölkə üzrə bloklanıb. Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, İraqın Kommunikasiyalar və Media Komissiyası (CMC) “Telegram” mesajlaşma tətbiqinin ölkə ərazisində fəaliyyətinin bloklanması barədə qərar qəbul edib. Komissiyanın açıqlamasında bildirilib ki,

8 baxış 3 dəq

İraqda “Telegram”ın fəaliyyəti ölkə üzrə bloklanıb.

Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, İraqın Kommunikasiyalar və Media Komissiyası (CMC) “Telegram” mesajlaşma tətbiqinin ölkə ərazisində fəaliyyətinin bloklanması barədə qərar qəbul edib.

Komissiyanın açıqlamasında bildirilib ki, platformanın operatoru qanun pozuntuları ilə bağlı yayılan məzmunun aradan qaldırılması üçün zəruri tədbirlər görməyib və İraq qanunvericiliyinin tələblərinə əməl etməyib.

Komissiyanın məlumatına görə, şirkətə hüquqi statusunu qaydaya salmaq üçün 30 günlük möhlət verilib. Lakin bu müddət ərzində tələb olunan addımlar atılmadığından platformaya qarşı məhdudlaşdırıcı tədbir tətbiq olunub.

Bildirilib ki, bloklamanın əsas məqsədi şirkəti platformada yayımlanan İraq məzmununa nəzarəti gücləndirməyə, qanun pozuntularının qarşısını almağa və Komissiya ilə qanunvericiliyə uyğun əməkdaşlıq etməyə sövq etməkdir.

Komissiya qərarın, həmçinin sosial media platformalarından ekstremist çağırışların, təfriqə, zorakılıq və nifrətin təşviqinin, eləcə də kibercinayətlərin və milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin qarşısının alınmasına xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, İraqda bu qərarın elan edildiyi gün İordaniya da “Telegram” tətbiqinin ölkə üzrə bloklandığını açıqlayıb. İordaniya İctimai Təhlükəsizlik İdarəsi qərarın rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və onlayn platformalardan ekstremizm və radikallaşmanın yayılması məqsədilə istifadəsinin qarşısının alınması ilə əlaqədar olduğunu bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin