İranın bombaladığı ölkələr və itkilərin sayı
ABŞ və İsrail şənbə günü İrana hücum etməyə başlayandan sonra Yaxın Şərq ölkələrində də partlayış səsləri eşidilir.
Tehran hücuma cavab olaraq İsrailə və Yaxın Şərq ölkələrindəki ABŞ hərbi bazalarına raket və dron zərbələri indirib.
İran rəsmiləri bundan əvvəl də xəbərdarlıq edərək hücuma məruz qalacağı təqdirdə, regiondakı ABŞ hərbi obyektlərini hədəf alacağını bildirmişdi.
İsrail Hərbi Hava Qüvvələri ABŞ ilə birgə hücum çərçivəsində son bir gündə İranın 31 əyalətindən 24-nə 1200-dən çox sursat atdığını bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ qoşunlarının yerləşdiyi Yaxın Şərqdəki 27 bazaya, eləcə də Təl-Əvivdə və İsrailin digər bölgələrindəki hərbi obyektlərə hücumlar təşkil etdiyini bildirib.
İran indiyə qədər bölgədəki doqquz ölkəyə - Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kipr Respublikasına hücumlar həyata keçirib.
İranın bombaladığı ölkələr və itkilər
İranın bombaladığı ölkələr və itkilərin sayı ABŞ və İsrail şənbə günü İrana hücum etməyə başlayandan sonra Yaxın Şərq ölkələrində də partlayış səsləri eşidilir. Tehran hücuma cavab olaraq İsrailə və Yaxın Şərq ölkələrindəki ABŞ hərbi bazalarına raket və dron zərbələri indirib. İran rəsmiləri bundan
16 baxış
3 dəq
