Leqal xəbər məlumat verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin yenidən həyata keçirilə biləcəyini istisna etməyib.
O bildirib ki, Vaşinqton Tehranın danışıqlardakı mövqeyindən hələ də razı deyil və vəziyyətə uyğun qərar veriləcək.
“Görəcəyik nə olacaq. Geri qayıdıb buna son qoymalı ola bilərik, ya da olmaya bilər”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, İran hazırda fəal şəkildə danışıqlar aparmağa çalışır.
“Düşünürəm ki, onlar sadəcə razılığa gəlmək istəyirlər. Başqa seçimlərinin olduğunu düşünmürəm”, – deyə o vurğulayıb.
Trampın açıqlaması ABŞ-İran münasibətlərində gərginliyin yenidən arta biləcəyi ilə bağlı müzakirələri gücləndirib.