İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İran Fransadakı kiberhücuma görə İsraili ittiham etdi

İranın "Tasnim" agentliyi Fransada supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən kiberhücumun arxasında İsrailin dayandığını iddia edib. Leqal Xəbər məlumat verir ki, agentlik bu qənaətə texniki qrupun apardığı təhlil əsasında gəlib. "Soyuduculara və soyuducu

7 baxış 3 dəq

İranın "Tasnim" agentliyi Fransada supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən kiberhücumun arxasında İsrailin dayandığını iddia edib.

Leqal Xəbər məlumat verir ki, agentlik bu qənaətə texniki qrupun apardığı təhlil əsasında gəlib.

"Soyuduculara və soyuducu anbarlara qarşı kiberhücum hadisəsini xüsusi olaraq araşdıran texniki qrup mühüm məlumatlar əldə edib. Bu məlumatlar hadisənin arxasında, ehtimal ki, İsrailin dayandığını göstərir. İsrail eyni zamanda media kampaniyası vasitəsilə günahı İranın üzərinə atmağa çalışır", - deyə agentlik qeyd edib.

"Tasnim"in məlumatına görə, hücuma Danimarkanın "Danfoss" şirkətinin köhnəlmiş kontrollerləri məruz qalıb. Bu avadanlıqlar təhlükəsizlik yeniləmələri almır və birbaşa internetə qoşulub. Onların əksəriyyətində administrator parolunu cari tarix əsasında müəyyən etmək mümkün olub.

Agentlik iddia edir ki, avadanlıqlardakı məlum təhlükəsizlik boşluqları dövlət strukturlarının iştirakı olmadan da genişmiqyaslı hücuma imkan verib. Bu boşluqlardan birlikdə istifadə üsulu daha əvvəl İsrailin kibertəhlükəsizlik şirkəti "Claroty" tərəfindən açıq şəkildə nümayiş etdirilib.

"Tasnim" hadisədən əvvəl "Claroty"nin Fransa kibertəhlükəsizlik qurumlarını bu problem barədə niyə xəbərdar etmədiyini də sual edib.

Qeyd edək ki, noyabrın 9-da Fransa oktyabr ayında supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumda İranı ittiham edib. Paris hücumun İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qruplaşma tərəfindən törədildiyini bildirib. İran Xarici İşlər Nazirliyi isə bu ittihamları rədd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin