LEQAL XƏBƏR məlumat verir ki, İran Silahlı Qüvvələri ötən gecə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ABŞ-nin Bəhreyndə yerləşən Şeyx-İsa və İordaniyadakı Əl-Əzraq hərbi bazalarına zərbələr endirib.
İran Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilib ki, Bəhreyndə yerləşən Şeyx-İsa bazasında yanacaq çənləri, anbarlar, avadanlıqların saxlanıldığı iri anqarlar və ABŞ hərbçilərinin yerləşdiyi məntəqələr hədəfə alınıb.
Açıqlamaya əsasən, əməliyyat zamanı İordaniyanın Əl-Əzraq hərbi bazasında da təyyarələrin təmiri və texniki xidməti üçün istifadə olunan anqarlar, eləcə də ABŞ ordusunun yerləşdiyi mövqelər PUA-larla vurulub.![]()