LEQAL XƏBƏR məlumat verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə AYNA-nın fəaliyyətini sərt tənqid edib. O bildirib ki, paytaxtda tətbiq olunan cərimələr və xətlənmələr strategiyası düzgün qurulmayıb.
Partiya sədri qeyd edib ki, sürücülərə qarşı tətbiq olunan bəzi məhdudiyyətlər və cərimələr nəqliyyatın tənzimlənməsinə deyil, vətəndaş narazılığının artmasına səbəb olur. Onun sözlərinə görə, yol hərəkətinin idarə olunmasında balanslı yanaşma və ictimai maraqlar nəzərə alınmalıdır.
İqbal Ağazadə həmçinin vurğulayıb ki, tətbiq olunan cərimələrin məbləği vətəndaşların bugünkü qazancı, maaşı və əməkhaqqı ilə uyğunlaşmır. O bildirib ki, sosial vəziyyət və insanların real gəlirləri nəzərə alınmadan müəyyən edilən yüksək cərimələr cəmiyyətdə əlavə narazılıq yaradır.