Leqal xəbər məlumat verir ki, Narkotik ittihamı ilə məhkum olunmuş informasiya texnologiyaları üzrə ekspert İlqar Əliyev həbsdə dünyasını dəyişib.
Məlumata görə, o, xəstəlik səbəbindən vəfat edib. Bildirilir ki, bu ilin mart ayında onun cəzası 4 ildən 3 ilə endirilmişdi. İlqar Əliyev əvvəllər müxtəlif qurumlarda, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və bank sektorunda fəaliyyət göstərib.
