İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İLHAM ƏLİYEVDƏN "FORMULA-1"LƏ BAĞLI SƏRƏNCAM

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, yarışla əlaqədar

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Bunun üçün aşağıdakı sənədlərdən hər hansı birinin təqdim edilməsi kifayət edəcək:

  • “Formula One Management Limited” və Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına uyğun akkreditasiya kartı və ya akkreditasiyanı təsdiq edən digər sənəd;
  • Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyanı təsdiq edən sənəd;
  • 2026-cı ildə Bakıda keçiriləcək “Formula-1” yarışına bilet, elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Məlumata görə, Xarici İşlər Nazirliyi sadələşdirilmiş viza prosedurları barədə aidiyyəti beynəlxalq və xarici qurumları məlumatlandıracaq.

Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza alma imkanları barədə məlumatların müvafiq rəsmi internet resurslarında yerləşdirilməsi təmin ediləcək.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviaşirkətləri sadələşdirilmiş viza prosedurları barədə məlumatlandıracaq.

Xəbəri paylaş Dostlarınıza göndərin