Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsinin ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dövlət başçısı qeyd edib ki, belə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir.
Prezident vurğulayıb ki, Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanizasiya ilə bağlı mühüm məsələlər müzakirə olunur.