İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İLHAM ƏLİYEV İORDANİYA BAŞ NAZİRİNİN MÜAVİNİNİ QƏBUL EDİB

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. Görüş zamanı qonaq İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və ölkəsinə rəsmi

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.

Görüş zamanı qonaq İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və ölkəsinə rəsmi dəvətini dövlət başçısına çatdırıb. O, Kralın Prezident İlham Əliyevlə şəxsi münasibətlərə xüsusi önəm verdiyini bildirib.

Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkür edib, salamlarını İordaniya Kralına çatdırmağı xahiş edərək, onu Azərbaycana səfərə dəvət edib.

Dövlət başçısı Kral II Abdullah ibn Al Hüseynlə ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı vurğulanıb ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər və təmaslar Azərbaycan-İordaniya münasibətlərinin inkişafına mühüm töhfə verir. Tərəflər siyasi, iqtisadi, energetika, investisiya, nəqliyyat, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd ediblər.

Görüşdə regional məsələlər, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi, parlamentlərarası əməkdaşlıq və gələcək qarşılıqlı təmaslar ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, turizm sahəsində əməkdaşlığın inkişafı və Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi də müzakirə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin