Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr və Hörmüz boğazındakı gərginlik Azərbaycana ciddi təsir göstərmir. Dövlət başçısının sözlərinə görə, ölkə uzun illərdir enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini həyata keçirir.
Prezident qeyd edib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat sahəsində dayanıqlı təchizat sistemi formalaşdırmağa nail olub. Bu da mümkün risklərin qarşısını almağa kömək edir.