İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İLHAM ƏLİYEV ŞAVKAT MİRZİYOYEVƏ ZƏNG ETDİ

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib. Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib.

Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.

Prezident Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, öz növbəsində Azərbaycan xalqına firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dövlət başçıları, həmçinin gələcək təmaslar barədə razılıqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərə və ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş Dostlarınıza göndərin