İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Sevgilisini qarət edən qadın 8 aylıq cəza aldı

Bakıda qadın sevgilisini qarət edib. Leqal Xəbər Lent.az-a istinadla bildirir ki, hadisə Səbail rayonunda yerləşən Dağüstü parkda qeydə alınıb. Məlumata görə, 20 yaşlı Xatirə Məcidova (ad və soyad), qardaşı və sevgilisi zərərçəkən Mahir (şərti ad) sonuncunun idarə etdiyi "Toyota Prius"

15 baxış 3 dəq

Bakıda qadın sevgilisini qarət edib.

Leqal Xəbər Lent.az-a istinadla bildirir ki, hadisə Səbail rayonunda yerləşən Dağüstü parkda qeydə alınıb.

Məlumata görə, 20 yaşlı Xatirə Məcidova (ad və soyad), qardaşı və sevgilisi zərərçəkən Mahir (şərti ad) sonuncunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə adıçəkilən parka gəliblər. Axşam saatlarında Mahir Xatirənin qardaşı ilə spirtli içki içdikləri üçün yuxulayıb və sükan arxasında yatıb. Bundan istifadə edən Xatirə Mahirin avtomobilin kondisioner hissəsinin üstündə olan "Samsun S24 Ultra" markalı, dəyəri 3750 manat olan mobil telefonunu oğurlayıb.

Mahir yuxudan oyanandan sonra telefonunun oğurlandığını bilib və polisə müraciət edib. Bundan sonra Mahir və Xatirə avtovağzal ərazisində hoteldə qalıblar. Bu zaman onlar yenə spirtli içki qəbul ediblər və Xatirə sərxoş olduqdan sonra yatıb. Mahir bundan istifadə edərək, Xatirənin telefonuna baxıb və anası ilə yazışmalarında telefonunun sevgilisi ilə qardaşı tərəfindən oğurlanmasından şübhələnib.

Nəticədə Xatirə Məcidova saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində 2 azyaşlı övladının olduğunu deyib. Onun sözlərinə görə, oğurladığı telefonu 900 manata satıb.

Zərərçəkən Mahir telefonunun və ya dəymiş ziyanın qaytarılmadığını bildirib.

Məhkəmə Xatirə Məcidovanı 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Xəbəri paylaş Dostlarınıza göndərin