İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

İki tələbəni şantaj edənə höküm oxundu.

Azərbaycanda iki universitet tələbəsini şantaj etməkdə və onlara qarşı digər qanunsuz əməllər törətməkdə təqsirləndirilən şəxs uzunmüddətli həbs cəzasına məhkum edilib. İstintaq materiallarına əsasən, Bakı şəhər sakini Faiq Əhmədov tələbələrdən biri olan Gülnarla tanışlıq münasibəti qurduqdan sonra

8 baxış 3 dəq

Azərbaycanda iki universitet tələbəsini şantaj etməkdə və onlara qarşı digər qanunsuz əməllər törətməkdə təqsirləndirilən şəxs uzunmüddətli həbs cəzasına məhkum edilib.

İstintaq materiallarına əsasən, Bakı şəhər sakini Faiq Əhmədov tələbələrdən biri olan Gülnarla tanışlıq münasibəti qurduqdan sonra onun rəfiqəsi Xəyalə ilə də əlaqə saxlayıb. Bir müddət sonra o, Xəyalənin şəxsi münasibətlərindən istifadə edərək onu müxtəlif bəhanələrlə hədələməyə başlayıb.

Məlumata görə, Faiq Əhmədov Xəyaləyə sevgilisi Coşqunun onunla bağlı görüntülərinin universitet tələbələri tərəfindən lentə alındığını və həmin videoların yayıla biləcəyini iddia edib. O, görüntülərin silinməsi və yayılmasının qarşısının alınması adı altında tələbə qızdan müxtəlif vaxtlarda pul tələb edib.

Təqsirləndirilən şəxs bu yolla zərərçəkmişdən ümumilikdə 2100 manat əldə edib. İstintaq zamanı müəyyən olunub ki, o, bununla kifayətlənməyərək zərərçəkmişə qarşı digər qanunsuz hərəkətlər də törədib.

Araşdırmalar zamanı məlum olub ki, Faiq Əhmədov digər tələbə qız – Gülnardan da pul və əmlak alaraq geri qaytarmayıb. O, müxtəlif bəhanələrlə zərərçəkmişdən 900 manat pul və notbuk əldə edib.

Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına müraciət etməsindən sonra faktla bağlı cinayət işi başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Faiq Əhmədov saxlanılıb və barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.

Məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar əsasında onun təqsiri təsdiqini tapıb. Hökmə əsasən, Faiq Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin