İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Leqal Xəbər-in məlumatına görə, hadisə noyabrın 3-də saat 19 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İlqar Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bakının Qaradağ rayonunda da avtomobil piyadanı vuraraq öldürüb
İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.