Leqal xəbər məlumat verir ki, İspaniya polisi sərhəd bölgəsində genişmiqyaslı gizli tunel aşkar edib. Tunelin iki ölkəni birləşdirdiyi və narkotik daşınması üçün istifadə olunduğu bildirilir.
Tunel Seuta bölgəsində yerləşən sənaye anbarının altında gizlədilib. Üçmərtəbəli yeraltı qurğuda relslər və vaqonlardan ibarət xüsusi nəqliyyat sistemi qurulub.
Məlumata görə, tunelin girişi böyük soyuducu qurğunun arxasında yerləşir və çıxışı Mərakeş istiqamətinə uzanır. Daxildə yüklərin daşınması üçün xüsusi mexanizmlər, kranlar və səs izolyasiya sistemi quraşdırılıb.
Polis bu tunelin uzun müddət gizli şəkildə fəaliyyət göstərdiyini və əsasən narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini ehtimal edir. Faktla bağlı araşdırmalar davam etdirilir.![]()