LEQAL XƏBƏR məlumat verir ki, vəzifəsinin icrasına cəmi iki həftə əvvəl başlayan Böyük Britaniyanın Baş naziri Endi Börnhem artıq məzuniyyətə çıxıb.
Məlumata görə, bu barədə “Telegraph” nəşri xəbər yayıb.
Hökumət rəhbərinin dəftərxanasına istinadən yayılan məlumatda bildirilir ki, Endi Börnhem baş nazir vəzifəsini icra etməyə başladıqdan iki həftə sonra məzuniyyətə yollanıb.
Qeyd olunub ki, Böyük Britaniyanın Nazirlər Kabineti adi rejimdə fəaliyyətini davam etdirir. Baş nazir isə məzuniyyətdə olmasına baxmayaraq, hökumət üzvləri ilə əlaqəni saxlayır.
Sağçı-populist “Reform UK” partiyasından olan İcmalar Palatasının deputatı Li Anderson Börnhemi vəzifələrini icra etməkdən boyun qaçırmaqda ittiham edib.
Parlamentari bildirib ki, ölkəni idarə etməyə ciddi şəkildə hazırlaşan baş nazir vəzifəyə gəldikdən cəmi iki həftə sonra “xoş səyahət xatirinə xaricə qaçmaz”.![]()