İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

HƏYƏCAN TƏBİLİ: UŞAQLAR ARASINDA ENERGETİK İÇKİ İSTİFADƏSİ ARTIR

Leqal Xəbər məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri uzun illərdir uşaqlar və yeniyetmələr tərəfindən energetik içkilərin istifadəsinin sağlamlığa ciddi zərər vurduğu barədə xəbərdarlıq edirlər. Son araşdırmalar göstərir ki, bu içkilər məktəblərdə davranış

8 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri uzun illərdir uşaqlar və yeniyetmələr tərəfindən energetik içkilərin istifadəsinin sağlamlığa ciddi zərər vurduğu barədə xəbərdarlıq edirlər. Son araşdırmalar göstərir ki, bu içkilər məktəblərdə davranış problemlərinin, zorakılıq hallarının və riskli davranışların artmasına da təsir göstərir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) son açıqlaması da bu narahatlıqlarla bağlıdır. Ombudsmanın müstəqil monitorinq mexanizmi ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında yetkinlik yaşına çatmayanların energetik içkilərdən istifadəsinin sistemli xarakter aldığını müəyyən edib.
Müşahidələr zamanı bu məhsulların satışı zamanı yaş məhdudiyyətinə kifayət qədər nəzarət olunmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış məntəqələrində yaşa nəzarət mexanizmlərinin faktiki tətbiq edilmədiyi qeyd olunub.
Ombudsman bildirib ki, bu halların davam etməsi uşaqların, xüsusilə də sağlamlıq hüquqlarının təmin olunmasına maneələr yaradır. Qurum energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qanunvericiliyin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Səhiyyə mütəxəssisləri və psixoloqlar da problemin kifayət qədər ciddi olduğunu bildirirlər.
Azərbaycan Tibb Universitetinin uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva hesab edir ki, 16 yaşa qədər uşaqların energetik içkilərdən istifadə etməsi düzgün deyil.
Onun sözlərinə görə, bu içkilər ürək-damar sisteminə mənfi təsir göstərir, maddələr mübadiləsini pozur, həyəcanlılığı artırır və sinir sistemində problemlər yaradır. Nəticədə uşaqların yuxu rejimi pozulur, akademik göstəriciləri aşağı düşür.
Ş.Balayeva qeyd edib ki, energetik içkilərin təsiri istifadə tezliyindən və uşağın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. O, energetik içki qəbul edən şəxslərdə qəfil ürək dayanması hallarının da qeydə alındığını bildirib.
Mütəxəssis hesab edir ki, bu məhsullar yeniyetmələrə satılmamalıdır. Onun fikrincə, ilk növbədə geniş maarifləndirmə işləri aparılmalı, energetik içkilərin reklamı məhdudlaşdırılmalıdır.
Ş.Balayeva vurğulayıb ki, cəmiyyətdə tanınan şəxslərin bu məhsulları reklam etməsi onların uşaqlar arasında yayılmasına səbəb olur. O əlavə edib ki, alkoqollu içkilər və siqaretlərin reklamı qadağan olunsa da, energetik içkilərlə bağlı oxşar məhdudiyyətlər hələ tətbiq edilməyib.
Xəbəri paylaş Dostlarınıza göndərin