İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Şəhərin ən işlək piyada keçidinə işıqfor quraşdırılıb

Leqal Xəbər istinadən məlumat verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada svetoforları

10 baxış 3 dəq

Leqal Xəbər istinadən məlumat verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada svetoforları quraşdırılır.

Mərkəzin əməkdaşları tərəfindən müvafiq işlərə başlamazdan əvvəl həm yerində müşahidələr aparılır, həm də simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil edilir. Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, 1 saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir. Eyni zamanda, əksər hallarda bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən keçiddə qəza şəraiti yaranır.
Qeyd olunan piyada keçidində piyada bölməsi olan nəqliyyat svetoforları quraşdırılaraq istifadəyə verilib. Keçidin nizamlanan olması ilə piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

Bundan əlavə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində olan piyada keçidinin nizamlanan olması istiqamətində də işlər görülüb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində sözü gedən küçədə piyada svetoforları quraşdırılaraq hərəkət işitrakçılarının istifadəsinə verilib.


Xəbəri paylaş Dostlarınıza göndərin