İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞDA POZUNTULAR AŞKARLANDI

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin yanvar ayından indiyədək hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı araşdırmalar aparılıb. Oxu.Az Baş Prokurorluğa istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və

11 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin yanvar ayından indiyədək hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı araşdırmalar aparılıb.

Oxu.Az Baş Prokurorluğa istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təqdim etdiyi rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs, eləcə də qanunazidd əməllərdə iştirakı ehtimal olunan 121 nəfər barəsində araşdırmalar aparıb.

Bildirilib ki, qeyd olunan dövrdə hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları ilə bağlı dörd əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə faktlar üzrə cinayət işləri başlanaraq istintaq orqanına göndərilib.

Ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində səkkiz cinayət işi üzrə ibtidai istintaq aparılıb. Həmin işlərdən beşi üzrə səkkiz nəfər — yeddi vəzifəli şəxs və bir vətəndaş barəsində istintaq tamamlanıb və işlər baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Məhkəməyə göndərilən işlər üzrə altı təqsirləndirilən şəxs barəsində həbs, əlavə olaraq vəzifədən kənarlaşdırma, iki nəfər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda daha üç cinayət işi üzrə ibtidai istintaq davam edir. Bu işlərdən biri üzrə iki şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.

İbtidai istintaq zamanı üç cinayət işi üzrə doqquz çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticələrinə əsasən, bir nəfər hərbi xidmətə yararlı hesab olunub, iki nəfərə xidmətdən möhlət hüququ verilib. Digər altı nəfərlə bağlı ekspertiza isə davam edir.

Xəbəri paylaş Dostlarınıza göndərin