LEQAL XƏBƏR məlumat verir ki, Hörmüz boğazında gəmiyə hücum olub. Hadisə nəticəsində bir heyət üzvü həyatını itirib.
Məlumata görə, gəmi Hörmüz boğazından çıxarkən naməlum mərmi ilə vurulub. Zərbə nəticəsində gəminin mühərrik otağına ciddi ziyan dəyib və heyət üzvlərindən biri ölüb.
Qalan heyət üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədə fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək çağırışı edilib.