İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq

"Honda" avtomobillərinin sahiblərindən daxil olan çoxsaylı şikayətlərdən sonra ABŞ-nin müvafiq tənzimləyici qurumu 1 033 632 avtomobillə bağlı araşdırmaya başlayıb. Leqal Xəbər "Reuters"ə istinadən məlumat verir ki, avtomobil sahiblərini narahat edən əsas problem

8 baxış 3 dəq

"Honda" avtomobillərinin sahiblərindən daxil olan çoxsaylı şikayətlərdən sonra ABŞ-nin müvafiq tənzimləyici qurumu 1 033 632 avtomobillə bağlı araşdırmaya başlayıb.

Leqal Xəbər "Reuters"ə istinadən məlumat verir ki, avtomobil sahiblərini narahat edən əsas problem "Start-Stop" avtomatik sisteminin mühərriki söndürdükdən sonra onu yenidən işə sala bilməməsidir.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) bununla bağlı 701 şikayət daxil olub.

Araşdırma 2024-2026-cı model illərinə aid "Honda Odyssey", "Passport", "Ridgeline" və "Pilot", eləcə də "Acura MDX" avtomobillərini əhatə edəcək.

"Start-Stop" sistemi yanacağa qənaət etmək üçün nəzərdə tutulub. Avtomobil tam dayandıqda sistem mühərriki söndürür, sürücü əyləc pedalını buraxdıqda isə onu yenidən işə salmalıdır.

Qeyd edək ki, tənzimləyici qurum "Honda" avtomobillərinin bir qismində oxşar sistem nasazlığı ilə bağlı artıq araşdırma aparır. Həmin araşdırma yeni yoxlamaya daxil edilən modellərin 2026-cı model ili istisna olmaqla, digər bütün versiyalarını əhatə edir.

NHTSA-nın məlumatına görə, hər iki qrup avtomobildə oxşar nasazlıqlar müşahidə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin