İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Hökümənin ailəsinin 80 minini ələ keçirənə 8 il 6 ay həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub. Onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib. İttihama görə, A.isgəndərov xaricdə yaşayan

17 baxış 3 dəq

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.

Onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.

İttihama görə, A.isgəndərov xaricdə yaşayan “Petroviç” soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün “m10” pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.

Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.

O və digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarında

n istifadə ediblər.

Zərərçəkənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Al
ıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin