İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Həmin şərablar Xocalıdakı ermənilərin keçmiş "Girs" şərab zavodunun istehsalıdır

"Xankəndi Xindoqnı" markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (erməni şərabı) yazılmasına aydınlıq gətirilib. Məsələ ilə bağlı "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov Oxu.Az-a açıqlama verib. O bildirib ki, sözügedən

12 baxış 3 dəq

"Xankəndi Xindoqnı" markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (erməni şərabı) yazılmasına aydınlıq gətirilib.

Məsələ ilə bağlı "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sözügedən şərablar Xocalı şəhərində ermənilərin keçmiş "Girs" şərab zavodunun istehsalıdır:

"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib".

M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.

Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.

M.Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı Xindoqnı üzüm sortunun adıdır. O, vurğulayıb ki, şirkətin Qaradağ rayonunda şərab zavodu fəaliyyət göstərir və məhsulların satışı qanunvericiliyə uyğun həyata keçirilir.

Leqal Xəbər bildirir ki, şirkət Oxu.az-a təqdim etdiyi yazılı açıqlamada da "Xankəndi Xindoqnı", "Xankəndi Bayanşirə", "Xankəndi Şiraz" və "Xankəndi Rozə" markalı şərabların keçmiş "Girs" şərab zavodunun istehsalı olduğu bildirilib:

"Məhsullar Azərbaycan Respublikasının səlahiyyətli qurumları tərəfindən müvafiq müqavilələrlə şirkətə təqdim edilib. Bu barədə məlumatlar şərabların arxa etiketlərində də əks olunub. Məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumu və laboratoriyası tərəfindən yoxlanılıb, tələb olunan norma və standartlara uyğun olduğu müəyyənləşdirildikdən sonra satışa çıxarılıb".

Xəbəri paylaş Dostlarınıza göndərin