İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir

Daha çox fəaliyyət göstərən, daha yüksək nəticələr əldə edən həkimlər daha çox qiymətləndirilməli və daha yüksək əməkhaqqı almalıdırlar. Leqalxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat

6 baxış 3 dəq

Daha çox fəaliyyət göstərən, daha yüksək nəticələr əldə edən həkimlər daha çox qiymətləndirilməli və daha yüksək əməkhaqqı almalıdırlar.

Leqalxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda əməyin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşma məqsədəuyğundur. Bununla belə, səhiyyə sahəsində islahatlar davamlı xarakter daşımalı, sistem mütəmadi olaraq təkmilləşdirilməlidir.

“Fəaliyyətin qiymətləndirilməsi bu gün üçün məqsədlərimizi qarşılayırsa, biz sabahı da düşünməliyik. Növbəti mərhələlərdə əməyin qiymətləndirilməsi təkcə görülən işin həcmi ilə deyil, əldə olunan nəticə ilə ölçülməlidir”, - deyə Anar Bayramov vurğulayıb.

TƏBİB-in icraçı direktoru qeyd edib ki, səhiyyə sistemində əsas göstərici xəstəyə göstərilən xidmətlərin, çağırışların sayı deyil, müayinə və yaxud müalicənin insan sağlamlığına təsiridir.

Onun sözlərinə görə, bu istiqamətdə ardıcıl tədbirlər görülməli, düşüncə tərzi dəyişdirilməli və gələcəkdə həkimlərin əməyinin ödənilməsi nəticəyönümlü mexanizm əsasında həyata keçirilməlidir.

Anar Bayramov bildirib ki, ümumilikdə səhiyyə sistemi xəstəliklərə reaksiya verən modeldən sağlamlığı idarə edən sistemə keçməlidir.

Xəbəri paylaş Dostlarınıza göndərin