İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

HİNDİSTAN ABŞ İLƏ TƏCİLİ TİCARƏT SÖVDƏLƏŞMƏSİNDƏN İMTİNA ETDİ

LEQAL XƏBƏR məlumat verir ki, Hindistan ABŞ ilə nəzərdə tutulan müvəqqəti ticarət sazişini imzalamaqdan imtina edib. Məlumata görə, Nyu-Delhidə keçirilən son danışıqlarda tərəflər arasında iqtisadi pakt üzrə razılıq əldə olunmayıb. Hindistan ABŞ tərəfindən tələb olunan zəmanətlərin təqdim

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Hindistan ABŞ ilə nəzərdə tutulan müvəqqəti ticarət sazişini imzalamaqdan imtina edib.

Məlumata görə, Nyu-Delhidə keçirilən son danışıqlarda tərəflər arasında iqtisadi pakt üzrə razılıq əldə olunmayıb. Hindistan ABŞ tərəfindən tələb olunan zəmanətlərin təqdim edilmədiyini əsas gətirərək sənədi imzalamayıb.

Rəsmi Dehli Çinə tətbiq edilən şərtlərlə müqayisədə daha əlverişli tarif güzəştlərinin verilməsini, həmçinin gələcəkdə tətbiq oluna biləcək yeni ABŞ gömrük rüsumlarından qorunma mexanizmlərinin yaradılmasını tələb edib.

"Bizim mövqeyimiz aydındır. Əlverişsiz şərtlərlə razılaşmağa tələsməyəcəyik və aqrar sektora dair qırmızı xətlərimizi keçməyəcəyik", – deyə Hindistan hökumətindəki mənbə bildirib.

Məlumata görə, Donald Tramp administrasiyasının bəzi ölkələr üçün 12,5 faizə qədər yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşması fonunda Vaşinqton Dehlidən əlavə güzəştlər gözləyir. ABŞ Hindistanı sənaye sahəsində qeyri-bərabər rəqabət yaratmaqda və məcburi əməyə nəzarətin yetərli olmamasında ittiham edir.

Ağ Evin sözçüsü Kuş Desai isə bildirib ki, Tramp administrasiyası ABŞ-nin maraqlarını ön planda tutan tarixi ticarət sazişinin əldə olunması üçün Hindistan rəsmiləri ilə danışıqları davam etdirir.

Qeyd olunur ki, ABŞ nümayəndələri Hindistanla aparılan danışıqların ləng və həddindən artıq bürokratik olduğunu hesab edirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin